Pxenyan qorxusu: Yaponiya təxliyəyə başlayır

Pxenyan qorxusu: Yaponiya təxliyəyə başlayır backend

Yaponiya hazırda Cənubi Koreyada yaşayan və ya hər hansı səbəbə görə həmin ölkədə olan 60 mindən çox vətəndaşını təxliyə edə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Asian Revyu” hakimiyyətdə olan mənbəyə istinadən informasiya yayıb.

“Əgər ABŞ Şimali Koreyaya zərbə endirməyə qərar versə, bu planın həyata keçirilməsindən asılı olmayaraq, Yaponiya öz vətəndaşlarını təxliyə etməyə hazırlaşacaq. Tokio 4 mərhələdən ibarət evakuasiya planının hazırlanması üzərində çalışır”, - mənbə bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Yaponiyanın Baş naziri Şinzo Abe vətəndaşlarının təklükəsizliyini təmin etmək üçün hər şeyə hazır olduqlarını bildirmişdi.