Rusiyada Ağ dənizdə 3 balıqçı fırtına səbəbindən 10 gün kimsəsiz adada qalıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya FHN-in Arxanqelsk vilayəti üzrə Baş İdarəsi xəbər verib.Məlumata görə balıqçıların mobil telefonları qasırğa zamanı islanıb, bu səbəbdən onlar xilasedicilərlə əlaqə saxlaya bilməyiblər. Qeyd olunur ki, balıqçılar 10 gün ərzində balıqla gidalanıb.