Ağ evin indiki başçısı Barak Obama Ukraynaya silah göndərilməsinə icazə verməyəcək.
ANS PRESS-in məlumatına görə, bunu ABŞ-ın sabiq prezidenti Cimmi Karter deyib.O, Rusiya prezidenti Vladimir Putin ilə xarici işlər naziri Sergey Lavrovun Ağsaqqallar Qrupunun görüşündən sonra mətbuata verdiyi müsahibədə bildirib: "Krımın Rusiya tərkibinə qayıdışı demək olar, qaçılmaz addım idi. Amma insanlar bununla razıdır, ya yox?!"
Ağ evin sabiq başçısı söyləyib: "Rəsmi Moskva Minsk razılaşmasının reallaşdırmasını tamamilə dəstəkləyir, Kiyevdən və Vaşinqtondan da eyni yanaşmanı gözləyir ki, Ukraynada böhran, nəhayət qurtarsın. Mən çox istərdim ki, həm Kiyevə, həm də Ukraynanın şərqinə silahın göndərilməsi həyata keçirilməsin. Ümid edirəm ki, prezident Obama silahı göndərməyəcək".
Amerika siyasətçisi vurğulayıb ki, Ağsaqqallar Qrupundan heç kim Kiyevə silah verilməsi ideyasını dəstəkləmir.
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol Ukrayna jurnalistlərinə maraqlı açıqlama verib. O bildirib ki, Rusiya ilə Krımın yenidən birləşdirilməsi tarixi faktdır və onu tanımaq lazımdır. Ukraynalılar bu həqiqətlə barışmalıdırlar.
Amerika diplomatı xatırladıb ki, onun ölkəsi keçmişdə Sovet İttifaqı ilə nə Polşa, nə Macarıstan, nə də Çexoslovakiya üçün vuruşmağa hazırlaşmayıb. ABŞ Krım uğurunda ukraynalılar tərəfdən ruslara qarşı heç vaxt vuruşmayacaq.