Moskvada müsəlmanların mitinqi başladı

Moskvada müsəlmanların mitinqi başladı backend

Moskvadakı Myanma Səfirliyi qarşısında bir neçə yüz müsəlmanın iştirakı ilə mitinq başlayıb.


Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, etirazçılar Myanmadakı müsəlmanların qətlinin dayandırılmasını tələb ediblər. Onlar səfirlik qarşısında “Allah əkbər” ifadələrini səsləndiriblər. Polis mitinqə müdaxilə etməyib.

Qeyd edək ki, Myanmanın Rakxayn ştatında müsəlmanlara qarşı təqiblər başlayıb. Təqiblər ucbatından artıq 70 mindən çox müsəlman Myanmadan qaçıb.