KİV: 67 yaşlı eks-prezidentin oğlu “olub“: artıq 3 yaşı var

KİV: 67 yaşlı eks-prezidentin oğlu “olub“:  artıq 3 yaşı var backend

Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin və Rusiyaya köçdükdən sonra vətəndaş nikahında yaşadığı arvadı Lyubov Polejayın oğlu olub.

Qaziler.az bildirir ki, bu barədə "Strana.u.a." məlumat verib.

Nəşrin məlumatına görə, uşaq 2014-cü ildə doğulub və indi üç yaşı var.

Xatırladaq ki, fevralda Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç "Der Spiegel"-ə müsahibəsində 45 il birgə yaşadığı həyat yoldaşı Lyudmila ilə boşandığını bildirmişdi. Onun sözlərinə görə, o indi özünün keçmiş aşpazının onunla birlikdə Ukraynadan qaçan bacısı ilə birlikdə yaşayır.

Sonradan eks-prezidentin mətbuat xidməti müsahibənin mətnini təkzib etmişdi.