BMT-yə cavab: Pxenyan sınaqlara davam edəcək

BMT-yə cavab: Pxenyan sınaqlara davam edəcək backend

Şimali Koreya BMT Təhlükəsizlik Şurasının ölkənin son raket sınaqlarını qınayan qətnaməsini rədd edərək Sakit okean istiqamətində raket sınaqlarına davam etmək niyyətindədir.


Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın mərkəzi teleqraf agentliyi informasiya yayıb. Pxenyan bundan sonra raket sınaqlarını daha aktiv şəkildə keçirəcəyini bildirib.

“Biz BMT Təhlükəsizlik Şurasının suveren dövlətin özünü müdafiə hüququna təcavüz edən bəyanatını tamamilə rədd edirik”, - məlumatda deyilir.

Qeyd edək ki, bir qədər əvvəl BMT Təhlükəsizlik Şurası Şimali Koreyanı ballistik raketlərin buraxılmasına görə qınayaraq hökuməti sınaqlardan imtina etməyə çağırmışdı.