Kiyevdə qan töküldü

Kiyevdə qan töküldü backend

Ukrayna paytaxtı Kiyevdə milis 15 gənci həbs edib. ANS PRESS-in məlumatına görə, onlar Böyük Vətən müharibəsi muzeyinin yanında Ukrayna Kommunist Partiyasının tərəfdarları ilə dava salmağa çalışıblar.

Gənclərdən bəziləri üzü maskalı olub və onlar muzeyə daxil olmaq istəyiblər. Milis onların qarşısını qapıda kəsib, toqquşma baş verib. Bəzi gənclər həbs edilib, onlar isə müqavimət göstəriblər.

“Həbs aksiyası çox sərt oldu, iştirakçılardan birinin başını dağıtdılar, qan töküldü”, - deyə Ukrayna portalları yazır.

Kommunist Partiyasının tərəfdarları hazırda muzey kompleksinin yanında toplaşırlar. Onlar kommunist bayraqları və şüarları qaldırıblar. Sayları 800-ə yaxındır.
Diaspora