Almaniyada İkinci Dünya müharibəsindən qalan bomba partladılacaq

Almaniyada İkinci Dünya müharibəsindən qalan bomba partladılacaq backend

Almaniyanın Koblans şəhərində İkinci Dünya müharibəsindən qalan partlamamış hərbi sursatın zərərsizləşdirilməsi üçün tədbirlər görülür.


Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, tikinti işləri aparılarkən aşkar olunmuş bombanın zərərsizləşdirilməsi ilə əlaqədar 21 min nəfərin təxliyə edilməsi gözlənilir. Təxliyənin radiusu 1 kilometr təşkil edəcək. Bununla əlaqədar, yaşayış binalarından əlavə, xəstəxana və həbsxanalar da boşaldılacaq.

Bombanın partladılması sentyabrın 2-nə nəzərdə tutulub.