Ötən axşam İraqın paytaxtı Bağdadda 5 partlayış törədilib. Partlayışlar nəticəsində ümumilikdə 21 nəfər ölüb, azı 65 nəfər isə yaralanıb.
Ən güclü partlayış Bağdadın İskan rayonunda baş verib. Camila və Əl-Hurriya və Ur rayonlarında isə uşaq xəstəxanası və bazarlar hücumun hədəfi olub.Silsilə partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.