Moldovada 1 may bayramı keçirildi

Moldovada 1 may bayramı keçirildi backend

QAZİLER.AZ saytı Ria Novostiyə istinadla bildirir ki, Moldovada müxalifətdəki Sosialist Partiyası ( MDBGS ) 1May gününü yürüş və təntənəli mitinqlə keçirib. Minlərlə nümayişçi Kişinyovda mərkəzi küçələrdən birində aksiya keçirib. Sosialistlər partiyasının lideri İqor Dodon Kişinyovun meri vəzifəsinə rəsmi olaraq parlamentin deputatı, respublikanın keçmiş baş naziri Zinaidu Qrecanuyun namizədliyini təqdim etməklə mitinqi sona çatdırıb.

Nümayişçilər "Korrupsiyaya son!”, "Biz şərəfli həyat istəyirik", "Moldovaya digər yol lazımdır!" şüarları səsləndiribılər.

"Biz demokratiya və Avropa inteqrasiyası şüarları altında oliqarxların insanları qarət etməsinə qarşıyıq", -deyə Qreçaniya bildirib.

Görüşdə siyasətçi Kişinyovda mer vəzifəsinə seçiləcəyi təqdirdə 50,000 yeni iş yerlərinin yaradılması və kommunal ödənişləri borclarının ləğv ediləcəyəni vəd edərək öz seçki proqramının tezislərini dilə gətirib. Yerli seçkilər Moldovada iyunun 14-də baş tutacaq. Əsas mübarizə Kişinyovda mer vəzifəsi uğrunda baş tutacaq.

2007-ci ildən bu vəzifəni Liberal partiyasının vitse- prezidenti Dorin Kirtoake tutur.
Diaspora