Putinin bağ evinin görüntüləri hamını heyran etdi - FOTOLAR

Putinin bağ evinin görüntüləri hamını heyran etdi - FOTOLAR backend

Rusiya prezidenti Vladimir Putin keçmiş çar malikanəsini özü üçün istirahət evi edib.

İnternetdə guya bu evin interyerinin təsviri olan 3D şəkillər yerləşdirilib. Malikanənin yeraltı parkinq, fitnes-kabinet, bilyard otağı, örtülü hovuzu var.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə "Novosti v mire" məlumat verir.

Ev rəsmi olaraq Putinin yaxın dostlarına məxsusdur. Lakin yerli sakinlərin verdiyi məlumata görə, daşınmaz əmlak prezidentindir.

Mülk Rusiyanın Finlandiya ilə sərhəddindən 19 km aralıdakı adada yerləşir. Malikanədən nə vaxtsa Şerlok Holms haqqında olan filmin çəkilişlərində istifadə olunub.