ABŞ yeni nüvə bombasını sınaqdan keçirdi

ABŞ yeni nüvə bombasını sınaqdan keçirdi backend

ABŞ-da modifikasiya olunmuş “B61-12” nüvə bombasının ilk sınağı həyata keçirilib. Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb. Bildirilir ki, sınaqda ABŞ-ın Energetika Nazirliyinin Nüvə Təhlükəsizliyi Milli İdarəsi və Hərbi Hava Qüvvələrinin əməkdaşları iştirak edib.


Sınaqlar Nevada ştatındakı Tonopa poliqonunda həyata keçirilib. Belə ki, “F-15E” qırıcı-bombardmançı təyyarəsi nüvə başlığı olmayan iki bombanı aşağı atıb.

İdarədən sınaqların uğurlu keçdiyi bildirilib. “B61-12” hazırda mövcud olan “B61”in dörd modifikasiyasını əvəz etməlidir. Onun sınaqları hələ üç il davam edəcək.

“B61” bombası — ABŞ-ın strateji nüvə güclərinin əsas nüvə silahıdır. Bombanın uzunluğu 3,58 metrə, çəkisi 320-dən 500 kiloqrama qədərdir.