Əfqanıstanın paytaxtı Kabildə ABŞ səfirliyinin yaxınlığında partlayış baş verib.
Virtualaz.org bildirir ki, bu barədə “Reuters” xəbər yayıb. Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəcib Daniş deyib ki, partlayış “Kabul Bank”ın bölməsinin girişində baş verib. Həmin yerin yaxınlığında isə ABŞ səfirliyinin binası yerləşir.
Partlayış nəticəsində 4 nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir.