Ərdoğan: Kəşfiyyatın idarəsi hökumətin əlində olmalıdır

Ərdoğan: Kəşfiyyatın idarəsi hökumətin əlində olmalıdır backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, kəşfiyyatın idarə edilməsi hökumətin əlində olmalıdır.

Virtualaz.org-un Türkiyə KİV-inə istinadən məlumatına görə, dövlət başçısı qeyd edib ki, əgər hökumət ölkənin kəşfiyyat qüvvələrini idarə etməsə, bu, ciddi problemlərə gətirib çıxaracaq: "Dünyanın bütün böyük ölkələrində kəşfiyyatın idarəsi hökumətlərin əlindədir".

Qeyd edək ki, avqustun 25-də Türkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində qəbul edilmiş qərara dəyişikliklərə əsasən, Türkiyə Kəşfiyyat Xidməti Prezident Administrasiyasına tabe olacaq.

Bundan başqa, həmin dəyişikliklərə görə, Milli İstihbarat Təşkilatı rəhbərinin başçılıq etdiyi MİT Əlaqələndirmə Qurumuna da bundan sonra prezident sədrlik edəcək.