ABŞ B61-12 nüvə bombasının iki sınağını keçirib.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, sınağı ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsi və Hərbi Hava Qüvvələri keçiriblər. Sınaq Nevada ştatında baş tutub.
Rəsmi Vaşinqton sınaqlar zamanı bombanın nüvə başlığının olmadığını bildirib. Bomba F-15E qırıcı-bombardmançılarından atılıb. Sınaqlarda əsas məqsəd bombanın nüvə başlıqsız olan effektini öyrənmək olub.