İrəvanda “Nairit” zavodunda bu gün günorta saatlarından başlayan yanğın hələ də söndürülməyib.
AzVision.az xəbər verir ki, yanğının əhatə dairəsi getdikcə böyüyür.Əraziyə əlavə briqadalar cəlb olunub. Yanğın zamanı 3 nəfər zəhərlənib.
Müxalif "Yelk" ittifaqının lideri Nikol Paşinyan bildirib ki, zavodda yanğın hələ bir neçə gün davam edəcək.
Digər məlumata görə, İrəvan səmasını bürüyən tüstü Türkiyəyə doğru istiqamətlənib.