Suriya və Livan sərhədi İŞİD yaraqlılarından tam azad edilib

Suriya və Livan sərhədi İŞİD yaraqlılarından tam azad edilib backend

Suriya ordusu və Livanın "Hizbullah" hərəkatının döyüşçüləri Suriya və Livan sərhədini tam olaraq İŞİD terror qruplaşmasından azad ediblər.


"Report" xəbər verir ki, bu barədə "Hizbullah"a yaxın mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.
"Suriya ordusu və müqavimət döyüşçüləri Qərbi Qələmunu İŞİD yaraqlılarından tam azad ediblər", — deyə mənbə bildirib.
Suriya-Livan sərhədinin azad edilməsi üzrə əməliyyatlar 2017-ci ilin iyul ayından başlanılıb.