Husilər Səudiyyə Ərəbistanına hücum etdi

Husilər Səudiyyə Ərəbistanına hücum etdi backend

Yəmənin şiəməzhəb husi qiyamçıları Səudiyyə Ərəbistanının ərazisinə hücum edib.

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Məlumatda deyilir ki, Səudiyyə qoşunları qiyamçıların hücumlarını dəf edə bilib. Səudiyyə dövlət televiziyasının yaydığı xəbərə görə, hava zərbələri başlanandan bəri bu, husilərin Səudiyyə ərazisinə ilk həmləsidir.
Saudi Press Agentliyi (SPA) bildirir ki, hücum ölkənin cənub sərhədlərindəki Nacran şəhəri istiqamətində baş verib.

Qeyd edək ki, mart ayından bəri Səudiyyənin başçılıq etdiyi koalisiya şiə husilərin Yəməndəki mövqelərinə raket zərbələri endirir.

Paytaxt Sana da daxil olmaqla ölkənin şimalına nəzarət edən husilər artıq bir neçə aydır ki, Yəmənin hökumət qoşunlarına qarşı döyüşürlər.

Ötən cümə axşamı Səudiyyənin sərhəd keşikçilərindən biri mərmi atəşindən həlak olub. Beləliklə, son 5 həftədə Səudiyyənin husilərlə toqquşmalarda verdiyi itkilərin sayı 14-ə çatıb.
Diaspora