Ermənistanda zavodda partlayış

Ermənistanda zavodda partlayış backend

Ermənistanda “NairiT” zavodunda partlayış baş verib.

Virtualaz.org ru.1in.am saytına istinadən bildirir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, bu gün saat 13:10 radələrində Yerevan şəhərinin Şenqavit inzibati rayonunda “Nairit-1” zavodunun anbarında partlayış baş verib.

Partlayış böyük yanğına səbəb olub. Yanğının mürəkkəbliyi nəzərə alınmaqla hadisə yerinə 6 yanğınsöndürmə qrupu göndərilib.

Hadisə yerinə çoxlu sayda xilasetmə, polis qüvvələri və təcili yardım briqadaları da göndərilib.