Ermənistanda 154 vəkil aclıq aksiyasına başladı

Ermənistanda 154 vəkil aclıq aksiyasına başladı backend

Ermənistanda 154 vəkil hakimiyyətə etiraz olaraq aclıq aksiyasına başlayıb. Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, vəkil Yervand Varosyan öz Facebook hesabında aclıq edənlərin tam siyahısını açıqlayıb.


Qeyd edilib ki, aclıq elan edən vəkillərin sayı 154 nəfərdir. Bu siyahının artacağı istisna edilmir.

Xatırladaq ki, Ermənistanda vəkillər məhkəmə zalına girişdə üzərlərində aparılan yoxlamalara etiraz məqsədilə əvvəllər də aksiya keçiriblər.

Onlar bu cür davranışı nəinki qeyri-qanuni, həm də təhqiredici hesab edirlər.

Ümumiyyətlə, vəkillər hesab edirlər ki, 2017-ci ilin əvvəlindən hüquqşünaslara qarşı görülməmiş təzyiqlər başlayıb.