750 rusiyalı turist Türkiyədə “girov” vəziyyətində qalıb

750 rusiyalı turist Türkiyədə “girov” vəziyyətində qalıb backend

Bu gündən etibarən Türkiyənin Antalya kurortlarında “girov” vəziyyətində qalmış 754 rusiyalı turistin xüsusi təyyarələrlə vətənlərinə daşınmasına başlanacaq.


Virtualaz.org Rusiya Turizm Federasiyasının məlumatına əsasən xəbər verir ki, müflisləşdiyini və müəyyən həcmdən artıq sığorta haqlarını ödəmək iqtidarında olmadığını bildirmiş “Ted Travel” turoperatorunun müştəriləri Türkiyədə çıxılmaz vəziyyətdə qalıb. Onlar qiymətini Rusiyada ödədikləri xidmətləri ala bilmir.

Bildirildiyinə görə, bilet alaraq hələ Türkiyəyə yollanmamış, lakin bu şirkətin müştərisi olan daha 700 nəfər var. Borcların ümumi məbləği isə 27,6 milyon rubla çatır.