Amerika Birləşmiş Ştatları və onun NATO müttəfiqləri Rusiyanın Arktikada keçirdiyi hərbi təlimlərdən narahatdır.
ATV.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropada NATO-nun silahlı qüvvələrinin baş komandanı general Filip Bridlav ABŞ konqresində bildirib: “Təhlükəsizlik baxımından Rusiyanın Arktika təlimləri böyük narahatlıq yaradır.”Rusiyanın mövqeyi
Arktika haqqında Rusiyanın mövqeyi haqqında Moskva bildirir ki, regionda onun hərbi fəaliyyəti başqa dövlətlərin maraqlarına qarşı yönəldilməyib. Putin “Biz Arktikanın hərbiləşdirilməsi ilə məşğul olmuruq. Bu, bizim regionda təmkinli və ağıllı olduğumuzu göstərir, həmçinin Rusiyanın müdafiə qabiliyyətinin təminatı üçün tamamilə lazımlıdır” – deyərək məsələyə aydınlıq gətirib.