Təbrizdən 100 km aralıda güclü zəlzələ baş verib

Təbrizdən 100 km aralıda güclü zəlzələ baş verib backend

İranın şimal-qərbində bu gecə baş verən 4,9 bal gücündə zəlzələ nəticəsində 8 nəfər xəsarət alıb. Bu barədə İRNA agentliyi xəbər verir.

Tehran Universitetinin Geofizika İnstitutunun məlumatına görə, zəlzələ yerli vaxtla saat 03.44-də Şərqi Azərbaycan vilayətində, vilayət mərkəzi Təbrizdən təqribən 100 km aralıda baş verib.

Vilayətin Antiböhran İdarəetmə Mərkəzinin direktoru Xəlil Saeinin sözlərinə görə, zəlzələ nəticəsində bir çox bina dağılıb. Hadisə yerində xilasetmə qrupları çalışır.