Şirvanda 10 yaşlı qızı avtomobil vurub

Şirvanda 10 yaşlı qızı avtomobil vurub backend

Şirvanda azyaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qaziler.az-ın APA-ya istinadən məlumatına görə, “Mercedes” markalı, 10 VV 887 dövlət nömrə nişanlı avtomobil Şirvan sakini, 2007-ci il təvəllüdlü Niftiyeva Mədinə Azad qızını vurub.

Azyaşlı Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.