Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai ABŞ prezidenti Donald Trampın bu ölkəyə dair yeni strategiyasına qarşı çıxış edib və onun Əfqanıstanın milli maraqlarına zidd olduğunu bildirib.
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, Kərzai Əfqanıstanda fərdi hərbi şirkətlərdən daha fəal istifadə edilməsi təklifinin perspektivsiz olduğunu da vurğulayıb: “Bu milli suverenliyi və konstitusiyanı pozur, bu addım münaqişəni xeyli uzadacaq və ölkədə qan tökülməsini daha da çoxaldacaq”.