Ermənistanda vəkillər aksiya keçirəcək

Ermənistanda vəkillər aksiya keçirəcək backend

Ermənistanda vəkillər məhkəmə zalına girişdə üzərlərində aparılan yoxlamalara etiraz məqsədilə aksiya keçirməyə hazırlaşırlar.

Ermənistan KİV-i vəkil Ayk Alumyana istinadən bildirir ki, bu cür davranış nəinki qeyri-qanuni, həm də təhqiredicidir.

Alumyan deyib ki, sonuncu dəfə məhkəmə məmurları ilə bununla bağlı mübahisəsi düşüb və o, müdafiə edəcəyi şəxsin məhkəmə iclasına buraxılmayıb.

Onun sözlərinə görə, 2017-ci ilin əvvəlindən hüquqşünaslara qarşı görülməmiş təzyiqlər başlayıb.