Türkmənistan prezidenti Ermənistana rəsmi səfər edəcək

Türkmənistan prezidenti Ermənistana rəsmi səfər edəcək backend

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 23-də Ermənistana rəsmi səfər edəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu məlumatı ölkənin prezidenti Serj Sarqsyanın mətbuat xidməti məlumat yayıb.
Qurbanqulu Berdiməhəmmədovu Ermənistana Serj Sarqsyan dəvət edib.
İki ölkə arasında bir sıra sənədlərin imzalanacağı gözlənilir.