Hindistanın mərkəzi hissəsində məktəblərin birində partlayış olub. RİA “Novosti” xəbər verir ki, ammonyak balonunun partlaması nəticəsində 15 məktəbli xəsarət alıb.
Məlumata görə, partlayış soyuducu anbarda sızma nəticəsində baş verib.
10-larla şagirdin qazdan huşunu itirdiyi deyilir.
Məktəbin yaxınlığındakı binaların sakinləri də təxliyə edilib. Hazırda vəziyyətin nəzarətdə olduğu bildirilir.