Rusiyanın Hava-Kosmik Qüvvələrinin Suriyadakı kontingenti Deyr əz Zor şəhəri yaxınlığında "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatına ağır zərbələr endirir.
Milli.Az Zvezda-ya istinadən bildirir ki, dünən Rusiyanın qırıcıları Deyr əz-Zorda İŞİD-in karvanını hədəfə alıb.
Tanklar, zirehti maşınlar, mriçaplı pulemyotlarla və minaatanlarla təchiz edilmiş 23 avtomobildən ibarət olan karvana raket-bomba zərbələri endirilməsi nəticəsində 200 terrorçu məhv olub.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, Deyr əz-Zor şəhəri Fərat çayının sahillərində strateji məkandır. Terrorçuların mühasirəsində olan bu şəhərin azad edilməsi Suriyada İŞİD-ə ən ağır zərbə olacaq.
Rusiyanın hərbi təyyarələri Deyr əz-Zorda cəmləşməyə çalışan İŞİD terrorçularına sutkada 60-70 zərbə endirirlər.