QAZİLƏR.AZ saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bundan sonra Pakistanda müəllimlər silahdan istifadə edəcək.
Keçən ay Taliban qüvvələrinin Pakistanda məktəbə hücumu zamanı 150 müəllim və şagirdin öldürülməsindən sonra belə halların qarşısını almaq üçün müəllimlərə silahdan istifadə qaydaları öyrədilir.Pakistanın şimal –qərbində silahla davranmaq qaydaları öyrədilir. Bu qərar keçən ay Talıbanın məktəbə hücumu zamanı 150 müəllim və şagirdin öldürülməsindən dərhal sonra verilib.
Məlumatda bildirilir ki, əsasən qadınlar buna daha çox maraq göstərir. Artıq silahdan istifadə qaydalarını öyrənmiş 11 qadın məktəbdə silah gəzdirir.