ABŞ Prezidenti Barak Obama üçün kitabxana tikiləcək.
Axar.az xəbər verir ki, kitabxana Obamanın doğma şəhəri olan Çikaqoda inşa olunacaq.Çikaqo bu yarışda Havay və Nyu Yorku qabaqlayaraq birinci olub.
Kitabxana Obamanın professor kimi işlədiyi universitetdə tikiləcək. Şəhərin cənub hissəsində isə prezidentin evi yerləşir.
Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama Havay adalarında böyüyüb, Nyu Yorkun Kolumbiya universitetində təhsil alıb.