Yaponların kəşfi: enerjinin yeni növü

Yaponların kəşfi: enerjinin yeni növü backend

Yaponiyanın “IHI Corporation” şirkəti və Yeni Energetikanın və Sənaye Texnologiyalarının İnkişafı Təşkilatı birlikdə dünyada ilk dəfə okean axınlarından istifadə etməklə yeni enerji əldə ediblər. Onlar ocean axınlarında elektrik enerjisinin istehsalına imkan yaradan avadanlığı sınaqdan keçiriblər.


Qaziler.az Moderator.az-a istinadən xəbər verir ki, Kuçinoşima adasının yaxınlığında sınaq aparılıb. Kuroşio axını rayonunda 20-50 metr dərinlikdə metal silindrlərdən ibarət avadanlıq yerləşdirilib. Təqribən 20 metr uzunluğunda silindrlərdən ikisinin kənarında hər biri 11 metr diametrə malik kürəklərlə təchiz edilmiş iki generator quraşdırılıb. Sınaq zamanı mütəxəssislər 30 kilovat gücündə elektrik enerjisi əldə ediblər.
Bu barədə dünyanın bir elmi-kütləvi xəbər portallarında və Elmlər Akademiyasının rəsmi science.gov.az saytında məlumat verilib.