Müharibə o zaman bitəcək ki, Ukrayna Krım və Donbası geri qaytaracaq.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Pyotr Poroşenko STB kanalına verdiyi müsahibəsində deyib.Poroşenko uzun müddət müharibə vəziyyətində olan kifayət qədər ölkəni misal çəkib.
“Cənubi Koreya on illərdir öz şimal qonşusu ilə müharibə vəziyyətindədir. İsrail də həmçinin, 30 ildir müharibə vəziyyətindədir. Bizə də bunun üçün nə qədər vaxt və güc lazımdır? Bunu zaman göstərəcək. Amma biz bu istiqamətdə kompromissiz olacağıq”, - prezident bildirib.