Barselonada terrorçuluğa qarşı aksiya başlayıb

Barselonada terrorçuluğa qarşı aksiya başlayıb backend

Barselonada müsəlmanlar terrorçuluğun əleyhinə etiraz aksiyası keçiriblər.

Qaziler.az xarici mediaya istinadən xəbər verir ki, aksiyada onlarla etirazçı iştirak edib.
Məlumata görə, etirazçılar avqustun 17-də terrorçuların hücumuna məruz qalmış Rambla küçəsi boyu yürüş ediblər. Onlar əllərində “Biz terrorçu deyil, müsəlmanıq” yazılmış plakatlar tutmuşdular.
Qeyd edək ki, İspaniyanın Barselona və Kambrils şəhərlərində avqustun 17-də törədilən terror hücumları nəticəsində 15 nəfər ölüb, 130-dan çox şəxs xəsarət alıb.