İŞİD terror təşkilatı Rusiyanın Surqut şəhərində baş verən bıçaqlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.Qeyd edək ki, bu gün baş verən hadisə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Polisin hücum edən şəxsi zərərsizləşdirdiyi, yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.