Yazıçı Toni Şvartz ABŞ Prezidenti Donald Trampın istefa verəcəyini iddia edib.
Axar.az xəbər verir ki, bu barədə şəxsi Tvitter hesabında yazan Şvartz, Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməsi ilə bağlı istintaqın nəticəsi bəlli olmazdan əvvəl Trampın istefa edəcəyini deyib.“Trampın prezidentliyi realda başa çatıb. İlin sonuna qədər vəzifədə qalsa, təəccüblənərəm. Payızda ya da daha tez istefa verə bilər”, - o qeyd edib.