Ərdoğan Almaniyadakı türklərə səsləndi — “Merkel və Şultsa səs verməyin“

Ərdoğan Almaniyadakı türklərə səsləndi — “Merkel və Şultsa səs verməyin“ backend

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Almaniyada yaşayan türklərə səslənib.

"Ölkə.Az" xəbər verir ki, Ərdoğan türkləri kansler Angela Merkel və Sosial-demokratların lideri Martin Şultsa səs verməməyə çağırıb.

Ərdoğan deyib: "Almaniyada düşünürlər ki, Türkiyəni tənqid etsək, səs toplaya bilərik. Mən vətəndaşlarıma deyirəm ki, bu partiyaları dəstəkləməyin, Merkelin təmsil olunduğu partiya da, sosial-demokratlar da, "Yaşıllar" partiyası da Türkiyənin düşmənidir".

Türkiyə lideri Türkiyəyə qarşı düşmənçilik bəsləməyən partiyaları dəstəkləməyə çağırıb.

Qeyd edək ki, Almaniya Bundestaqına seçkilər 24 sentyabrda keçiriləcək.