Gürcüstan Baş Prokurorluğu Ukraynaya eks-prezident Mixail Saakaşvilinin ekstradisiyası ilə bağlı müraciət edib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Baş Prokurorluğunun mətbuat xidməti yayıb. Mətbuat xidməti hər iki ölkənin bu istiqamətdə aktiv əməkdaşlıq etdiyini bildirib.Qeyd edək ki, Gürcüstan Mixail Saakaşviliyə qarşı 4 maddə üzrə cinayət işi açıb.