Ərdoğan Putinin İrəvan səfərini cavabsız qoymadı

Ərdoğan Putinin İrəvan səfərini cavabsız qoymadı backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Vətən Müharibəsində qələbənin 70-ci ildönümü ilə bağlı Moskvada keçiriləcək tədbirlərdə iştirak etməyəcək.

Publika.az xəbər verir ki, Ərdoğanın Moskvaya getməməsi Çanaqqala Zəfərinin 100-cü ildönümünə həsr olunan tədbirlərdə Rusiyanın daha aşağı səviyyədə təmsil olunması ilə bağlıdır.

Xəbərdə xatırladılır ki, Türkiyəyə Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinin rəhbərlik etdiyi nümayəndə heyəti gəlmişdi. Rusiya prezidenti Vladimir Putin isə “erməni soyqırımı”nın 100-cü ildönümü münasibətilə İrəvanda keçirilən tədbirlərdə iştirak edib.

Türkiyədən Moskvaya gedəcək nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi hələlik dəqiqləşməyib.

Qeyd edək ki, Putinin 24 apreldə İrəvana getməsi, bundan əvvəl isə 1915-ci il hadisələrini “soyqırım” adlandırması rəsmi Ankara tərəfindən sərt qarşılanıb.
Diaspora