Dağıstanın Xasavyurt rayonunda müəyyən edilməmiş qurğunun partlaması nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə Bakı vaxtı ilə 17.20 radələrində Novoqaqatlı kəndi yaxınlığında baş verib.İnsidentin təfərrüatları müəyyənləşdirilir.
Hadisə yerinə əməliyyat-istintaq qrupu cəlb edilib.