4 ölkə lideri Ukrayna ilə bağlı razılıq verdi

4 ölkə lideri Ukrayna ilə bağlı razılıq verdi backend

Bu gün "Normandiya dördlüyü" ölkələrinin liderləri Ukrayna böhranı ilə bağlı telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, tərəflər danışıqlar zamanı Ukraynada barışığın mütləq prioritet məsələ olduğunu bildiriblər.

Liderlər regionda vəziyyətin yaxşılaşmasında və Ukraynanın şərqində atəşin dayandırılmasında əsas rolu ATƏT-in oynayacağını qeyd ediblər.

Onlar hesab edirlər ki, missiyanın nümayəndələri müəyyən azadlığa malik olmalıdırlar. Rusiya, Ukrayna, Almaniya və Fransanın iştirakı ilə yaxın günlərdə işçi qrupunun görüşünün keçirilməsi barədə razılıq əldə edilib.
Diaspora