Rusiya prezidenti Təhlükəsizlik Şurasının təcili müşavirəsini keçirib.
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının təcili müşavirəsini keçirib.ANS PRESS-in məlumatına görə, müşavirədə daxili və xarici siyasətin aktual məsələləri, həmçinin Qələbənin 70-illiyinin bayram edilməsinə hazırlıqla bağlı son mərhələ işləri müzakirə edilib.
Putinin başçılığı ilə keçən müşavirədə baş nazir Dmitri Medvedev, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının spikeri Sergey Narışkin, Kreml administrasiyasının başçısı Sergey İvanov, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və başqa dövlət xadimləri iştirak edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Təhlükəsizlik Şurasının operativ müşavirəsində əsasən paradla bağlı məsələlərin müzakirə olunduğunu qeyd edib.
Qeyd edək ki, Rusiya cidd-cəhdlə bu parada hazırlaşır və onlar bütün dünyaya Rusiyanın qüdrətini göstərmək əzmindədir.