“Rus əsgəri, evə get” – Belorusda Rusiyaya qarşı QİYAM

“Rus əsgəri, evə get” – Belorusda Rusiyaya qarşı QİYAM backend

Belarusun Brest şəhərində Rusiya ordusuna qarşı plakatlar yayılıb.


Qaziler.az Publika.az-a istinadən xəbər verir ki, plakatlarda rus əsgərlərindən Rusiyaya qayıtması tələb olunub.

“Rusiya ordusu harada, orada müharibə! Rus əsgəri, evə get!” - plakatda yazılıb.

Qeyd edək ki, sentyabrın ortalarında Belarusda Rusiya-Belarus birgə “Qərb-2017” hərbi təlimləri keçiriləcək. Təlimlərdə iştirak edəcək Rusiya ordusunun ilk bölmələri artıq Belarusa gəlib.