Türkiyə Almaniyaya etiraz notası göndərib.
Qaziler.az Trend-ə istinadən bildirir ki, buna səbəb Türkiyədə ötən ilki dövlət çevrilişinə cəhdin əsas əlaqələndiricisi hesab olunan Adil Öksüzün Almaniyada gizlənməsidir.Türkiyə mətbuatı qeyd edir ki, rəsmi Ankara Almaniyadan A.Öksüzün Türkiyəyə təhvil verilməsini tələb edib.