Şotlandiya parlamenti kiberhücuma məruz qalıb.
İKT.lent.az-ın “The Guardian”a istinadən verdiyi xəbərə görə, parlament əməkdaşları və millət vəkillərinə xəbərdarlıq edilib ki, hakerlər onların parollarını “sındıraraq” elektron poçt ünvanlarına daxil olmağa cəhd göstərir.Hücumun Böyük Britaniya parlamentinə edilən haker hücumu ilə bənzərlik təşkil etdiyi bildirilir. Xatırladaq Britaniya parlamenti iyun ayında irimiqyaslı haker hücumuna məruz qalmışdı. Həmin hücumda rusiyalı hakerlər ittiham edilir.