PKK Türkiyə sərhədlərinə buraxılmayacaq

PKK Türkiyə sərhədlərinə buraxılmayacaq backend

Türkiyə Silahlı Qüvvələri (TSQ) Afrin-Amanos (Nur dağları) arasında təhlükəsizlik həlqəsi çəkməyi planlaşdırır.


Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, Türkiyə ordusu sərhəd xəttində PKK-nın yeni keçid nöqtəsi inşa etmək üçün hərəkətə keçdiyini müəyyənləşdirib. Bölgənin xəritəsinə uyğun olaraq TSQ terrorçuları sərhədə yaxınlaşdırmamaq üçün tədbirlər görməyə başlayıb.

Terrorçuların son vaxtlarda qışa hazırlıqlarını yaxından izləyən TSQ bölgələrdə nəzarəti gücləndirib. TSQ bölgədə müəyyən edilmiş bütün PKK/PYD nöqtələrinin məhv ediləcəyini bildirib.