“ABŞ Ukrayna konfliktinin həlli üçün danışıqlar prosesinə qoşulmağa hazırdır”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət katibinin köməkçisi Viktoriya Nuland çıxış edib. Onun sözlərinə görə, digər ölkələr razılıq versələr, Vaşinqton Minsk danışıqlarına qoşular:“Biz Ukraynanı demokratik, çiçəklənən və stabil ölkə kimi görmək istəyirik. Avropada qoşunlarımızın sayının artması məsələsinə gəlincə isə bunun yalnız bir cavabı var: Rusiyanın əvvəlcə Krımda, sonra isə Ukraynanın şərqində etdiklərini xatırlayırsınızmı? Bunlar NATO-nun Avropanın şərqində müdafiəni gücləndirməsinə əsas yaradır. Əvvəllər isə heç kim bunun haqqında belə fikirləşmirdi”.