Fransa Prezidenti Emmanuel Makronla türkiyəki həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, tərəflər Suriyadakı son vəziyyəti və terrorizmlə mübarizə məsələsini müzakirə ediblər.Makron fransalı jurnalist Lup Breunun Türkiyədə həbs edilməsindən dolayı yaranan narahatlığını həmkarının diqqətinə çatdırıb və onun tez bir zamanda ölkəsinə qayıtmasını arzu etdiyini bildirib.
Hər iki lider növbəti həftə yenidən danışıq aparmaq barədə razılığa gəliblər.