Nepaldakı Azərbaycan və Gürcüstan vətəndaşlarını gətirilir

Nepaldakı Azərbaycan və Gürcüstan vətəndaşlarını gətirilir backend

Nepal Federativ Demokratik Respublikasına humanitar yardım aparan Azərbaycan təyyarəsi azərbaycanlılarla yanaşı, Gürcüstan vətəndaşlarını da gətirəcək.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, artıq təyyarə havaya qalxıb.

Həmin təyyarə Nepalda təbii fəlakət zonasından təxliyyə edilmiş Azərbaycan Respublikasının 13 və Gürcüstanın 4 vətəndaşını Bakıya çatdıracaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişinə əsasən aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi tərəfindən “BE-200ÇS” tipli təyyarə ilə Nepal Federativ Demokratik Respublikasına humanitar yardım göndərilib.
Diaspora