Yaponiya hökumətinin baş katibi Esixide Suqi Baş nazir Sindzo Abenin Moskvada qələbənin 70-ci ildönümü münasibətilə təşkil olunacaq tədbirdə iştirak edə bilməməsinin səbəbini açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “Sinxua” informasiya agentliyi yayıb.Agentliyin məlumatına görə, Sindzo Abe tədbirə gələ bilməmə səbəbini Putinə ünvanlandığı məktubda izah edib. Məktubda Baş nazir Abenin gərgin iş qrafiki səbəbindən tədbirdən imtina etmək məcburiyyətində olduğu qeyd edilib.
Xatırladaq ki, daha əvvəl Yaponiya baş nazirinin rəsmi şəkildə Moskvada keçiriləcək paradda iştirakdan imtina etdiyi barədə məlumat verilmişdi.